ABŞ-ın səfirliyini raket atəşinə tutdular

© © Senior Airman Ian Dudley/Vandenberg Air Force Base via APRaket buraxılışı, arxiv şəkli
Raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 9-u da Birləşmiş Ştatların Bağdadda yerləşən səfirliyi raket atəşinə tutulub. Məlumata əsasən, Bağdadda Yaşıl bölgədə yerləşən səfirliyin yaxınlığına iki raket düşüb

BAKI, 21 yanvar — Sputnik. Bu gün gecə saatlarında Bağdaddakı "yaşıl zonaya" üç raket düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İraq hüquq mühafizə orqanlarında olan mənbə "RİA Novosti"yə bildirib.

Qeyd olunur ki, raketlər ABŞ səfirliyinin yerləşdiyi əraziyə düşüb.

"Səfirlikdən hava hücumuna dair siqnal səsi eşidilib", - deyə mənbə agentliyə bildirib.

Hadisə nəticəsində ölən yoxdur.

Xatırladaq ki, yanvarın 9-u da Birləşmiş Ştatların Bağdadda yerləşən səfirliyi raket atəşinə tutulub. Məlumata əsasən, Bağdadda Yaşıl bölgədə yerləşən səfirliyin yaxınlığına iki raket düşüb. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə ABŞ səfirliyinin təhlükədən xəbərdarlıq sistemlərinin də işə düşdüyü görünür.

Xəbər lenti
0