Film çəkilişi, arxiv şəkli

Serial çəkilişi faciə ilə nəticələndi, ölən var - VİDEO

116
(Yenilənib 19:37 18.01.2020)
Aktyorların həmkarları "siz göy üzündə parlayacaqsınız" deyə sosial şəbəkə hesablarından paylaşımlar ediblər

BAKI, 18 yanvar — Sputnik. Meksikada məşhur bir serial çəkilişi zamanı faciə yaşanıb. Sputnik Azərbaycan-ın xarici mediaya istinadən xəbərinə görə, "Sin miedo a la verdad" ("Həqiqətdən qorxmadan") serialının çəkilişi zamanı bədbəxt olay baş verib, nəticədə iki məşhur aktyor dünyasını dəyişib.

Hadisə körpü üzərində oynanılan səhnədə baş verib. Axşam çəkilişləri zamanı məşhur aktyorlar Xorxe Navarro Şançes və Luis Herardo Rivera Kastanyeda körpü üzərindən, 6 metr hündürlükdən yıxılaraq həlak olublar.

Onların həmkarları isə "siz göy üzündə parlayacaqsınız" deyə sosial şəbəkə hesablarından paylaşımlar ediblər.

116