Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Qatil baş nazirə gizli məktub göndərib Hökumət təsdiqlədi

31
(Yenilənib 18:39 17.01.2020)
Nəşrin məlumatına əsasən, həbsdə olan Nairi Unanyan istintaqın işinə yardım etməyə hazır olduğunu bildirib.

BAKI, 17 yanvar — Sputnik. 1999-cu ildə Ermənistan parlamentinə silahlı basqın edən dəstənin başçısı Nairi Unanyan həbsxanadan bu ölkənin Baş Naziri Nikol Paşinyana məktub yazıb. Bu barədə məlumatı Ermənistan Hökuməti Administrasiyası da Sputnik Ermənistan-a təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl "Qraparak" qəzeti xəbər verib ki, Unanyan Paşinyana məktub yazıb. O, öz məktubunda "27 oktyabr" işi üzrə istintaqın bərpa olunması qərarını alqışlayıb.

Nəşrin məlumatına görə, Unanyan istintaqın işinə yardım etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, 27 oktyabr 1999-cu ildə bir neçə terrorçu Ermənistanın parlamentinə zorla daxil olub və parlamentin spikeri Karen Dəmirçyanı, Baş Nazir Vazqen Sarkisyanı, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyanı, Operativ Məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Qenrix Abramyanı və Mixail Kotanyanı güllələyib.

31
Nəsrin Cavadzadə

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Gəncə terroru ilə bağlı paylaşım edib

75
(Yenilənib 22:45 23.10.2020)
Aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin bir çox məşhur serial və filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oktyabr ayının 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsi ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb.

View this post on Instagram

I am from Azerbaijan and my heart is bleeding. 🇦🇿

A post shared by nesrin cavadzade (@nesrin.cavadzade) on

Aktrisa həmçinin Azərbaycan bayrağı əks olunmuş köynək geyinərək "Yurdum, yuvam, məskənimsən" paylaşımı edib.

75
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ bayrağı, arxiv şəkli

Türkiyədə terror təhlükəsi ABŞ səfirliyi fəaliyyətini dayandırdı

70
(Yenilənib 20:59 23.10.2020)
Ankara, İstanbul, Adana və İzmirdə ABŞ nümayəndəlikləri müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün görüşləri olan şəxslərlə bağlı yenidən planlama aparıldıqdan sonra e-mail vasitəsilə onlara məlumat veriləcək.

BAKI, 23 oktyabr — Sputnik. ABŞ-ın Türkiyədəki səfirliyi İstanbulda terror ola biləcəyinə dair təhlükəsizlik xəbərdarlığı yayımlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəbərdalıqda Ankara, İstanbul, Adana və İzmirdə olan bütün nümayəndəliklərin müvəqqəti olaraq fəaliyyətini dayandırdığı qeyd edilib.

ABŞ-ın Türkiyə səfirliyinin saytında yer alan xəbərdə qeyd edilib ki, ABŞ təmsilçiliyi, ABŞ baş konsulluğu da daxil olmaqla İstanbulda ABŞ vətəndaşlarına və əcnəbilərə istiqamətlənmiş potensial terror hücumları və adam qaçırma hadisələrinə dair etibarlı məlumatlar əldə edilib. ABŞ vətəndaşları ofis binaları və ya alış-veriş mərkəzləri daxil olmaqla amerikalıların və əcnəbilərin toplana biləcəyi yerlərdə diqqətli olmalıdırlar.

Ankara, İstanbul, Adana və İzmirdə ABŞ nümayəndəlikləri müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün görüşləri olan şəxslərlə bağlı yenidən planlama aparıldıqdan sonra e-mail vasitəsilə onlara məlumat veriləcək.

70

Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları dronlar zərərsizləşdirilib

0
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 24 oktyabr - Sputnik. 23 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 38 (otuz səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 40 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə