Tibbi maska taxmış qadın, arxiv şəkli

Turizm şirkətlərinə virusla bağlı xəbərdarlıq edildi

17
(Yenilənib 20:13 16.01.2020)
Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib

BAKI, 16 yanvar — Sputnik. Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar, Azərbaycan Turizm Bürosu ölkəmizdəki turizm şirkətlərinə müraciət edib.

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib.

Qeyd edək ki, Çinin Uxan şəhərində koronavirusun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir.

17