Sərnişin təyyarəsi, arxiv şəkli

Göydən ... təyyarə yanacağı düşdü: Təəccüb doğuran insidentdə 60 nəfər xəsarət alıb

160
(Yenilənib 16:06 15.01.2020)
Yanacağın boşaldılması "Delta Air Lines" aviaşirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin təcili enişi zamanı baş verib

BAKI, 15 yanvar — Sputnik. ABŞ-ın "Delta Air Lines" aviaşirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin yanacağını Los-Anceles yaxınlığındakı bir neçə məktəbin ərazisinə boşaltmasından sonra 60 nəfərin tibbi yardıma ehtiyacı olub.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "CNN" telekanalı yayıb.

Los-Anceles dairəsinin yanğından mühafizə idarəsinin müfəttişi Şon Ferqüson hadisənin günortadan sonra baş verdiyini deyib. Söhbət ümumilikdə beş ibtidai və bir orta məktəbdən gedir.

Telekanalın məlumatına görə, xəsarət alanlardan heç birini xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.

Los-Ancelesin təhsil idarəsi (LAUSD) "Twitter" səhifəsində bildirib ki, reaktiv yanacağın boşaldılması təyyarənin təcili enişi zamanı baş verib.

"CNN"in məlumatına görə, sözügedən "Boeing 777-200" sərnişin təyyarəsi Şanxaya uçurmuş və təyyarə mühərrikində olan problemlər üzündən Los-Ancelesə qayıtmaq məcburiyyətində qalıb.

160
Əlaqədar
Təyyarədə dəhşətli anlar - "Bədənimdə bomba var"
Ekipaj üzvü təyyarədən yıxıldı
Londondan İslamabada uçan təyyarə mənzilə çata bilmədi – Bakıya endi