Avstraliyada yanğın

Fəlakət bölgəsinə ümid qayıtdı - FOTO

239
(Yenilənib 00:51 13.01.2020)
Hazırda yanğın səbəbilə bağlı olan Dhuraq parkının 14850 hektarında ancaq Avstraliyanın cənub-qərbinə məxsus bitki növləri qorunur, bunlardan biri də himeya zanbağıdır. Bu bitkilər on milyonlarla il boyu dəfələrlə külə dönüb, sonra yenidən pöhrələyib

BAKI, 12 yanvar — Sputnik. İndiyədək misli görünməmiş yanğın Avstraliyanın böyük bir ərazisini xarabalığa çevirib. Ötən ilin sentyabrından başlayan fəlakətdə ən azı yarım milyard heyvanın öldüyü bildirilir. İndiyədək 6.3 milyon ha ərazi yanıb.

Ancaq buna rəğmən Avstraliyanın yenidən özünə yaşıl qitə adını qaytaracağına ümid var.

Sputnik Azərbaycan BBC-yə istinadən bildirir ki, yerli fotoqraf Mürrey Lou Yeni Cənubi Uels ştatında, Kulnura ərazisində küllərin arasından yeni pöhrələrin boy verdiyini görüb və şəkillərini çəkib. Qapqara külün içindən sezilən xırda yaşıl yarpaqlar, çəhrayı çiçəklər indi milyonlarla avstraliyalı üçün bir ümid işığı olub. Bu şəkilləri hər kəs sosial şəbəkələrdə böyük həvəslə paylaşır.

​"Bu, yenilənməyə dair bir işarət idi. Biz Avstraliyanı məşhurlaşdıran meşələrin yenidən "doğulmasının" şahidi olduq", - Dhuraq Milli Parkının yaxınlığında, Kulnurada çəkdiyi şəkilləri paylaşan fotoqraf bildirib.

Hazırda yanğın səbəbilə bağlı olan Dhuraq parkının 14850 hektarında ancaq Avstraliyanın cənub-qərbinə məxsus bitki növləri qorunur, bunlardan biri də himeya zanbağıdır. Bu bitkilər on milyonlarla il boyu dəfələrlə külə dönüb, sonra yenidən pöhrələyib.

Şeffild Universitetinin doktoru Kimberli Simpsonun fikrincə, bu bitkilər təkamül nəticəsində belə bir keyfiyyət əldə edib. O deyir ki, bitkilərin bunun üçün iki yolu var. Biri şəkillərdə göründüyü kimi yenidən kökdən cücərmədir. Yəni onların çox dərində olan kökünü torpaq yanğından qoruyur və bir müddət sonra yenə cücərir. Bəzi bitkilərin isə, məsələn, evkaliptlərin epikormik tumurcuqları olur, onlar ağacın qabığının dərinliyində yerləşir və yanğından güclü ziyan çəkmir. 

Ancaq doktor Simpson deyir ki, əgər yaxın günlərdə yağış yağmasa, həmin pöhrələr də məhv ola bilər.

239
Əlaqədar
Model koalalara görə çılpaq şəkillərini satır – FOTO
Tonlarla yeməyi göydən səpdilər - FOTO
Avstraliya az qala məhv olacaq – Yanğın genişlənir
Mükafat almağa gəlmədi, bütün bəşəriyyəti günahlandırdı - VİDEO
Evi yananlar Baş nazirə arxa çevirdilər: "Gerçəkdən, əlinizi sıxmaq istəmirəm" - VİDEO
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

16
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

16
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Şeron Stoun

Modellik edən yaşlı aktrisa hər kəsi mat qoydu

23
(Yenilənib 23:04 30.11.2020)
"Instagram" hesabında möhtəşəm vücudunu nümayiş etdirən model bu barədə özü də qeyd edib: "62 yaşımda model kimi fəaliyyət göstərdiyim üçün həm təəcüblənirəm, həm də minnətdaram"

BAKI, 30 noyabr — Sputnik. 62 yaşlı Hollivud ulduzu Şeron Stoun hələ də model kimi fəaliyyət göstərir.

"Instagram" hesabında möhtəşəm vücudunu nümayiş etdirən model bu barədə özü də qeyd edib:

"62 yaşımda model kimi fəaliyyət göstərdiyim üçün həm təəcüblənirəm, həm də minnətdaram".

View this post on Instagram

A post shared by Sharon Stone (@sharonstone)

Məlumat üçün bildirək ki, soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-a qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir. "Qanundan yüksəkdə", "Motor" ləqəbli Cekson", "Qarışqa Zed" və s. filmlərdə rol alıb.

23
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın