Tonlarla yeməyi göydən səpdilər - FOTO

© AFP 2023 / Saeed KhanКенгуру во время лесных пожаров в Австралии
Кенгуру во время лесных пожаров в Австралии - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Kris Dikmanın verdiyi məlumata görə, Yeni Cənubi Uels ştatında 800 milyondan çox heyvan meşə yanğınlarında tələf olub

BAKI, 12 yanvar — Sputnik. Avstraliyada "Qaya kenqurusu əməliyyatı" çərçivəsində ac heyvanlara vertolyotlarla yemək çatdırılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Yeni Uels ştatının Ətraf mühit naziri sosial şəbəkədə bildirib.

​Qidanın çatdırılmasını Avstraliyanın Milli Parklar və Vəhşi Təbiət Xidməti təşkil edib. Meşə yanğınlarından zərər görmüş, ucqar ərazilərdə yaşayan heyvanlara vertolyotlardan bir neçə min kq yerkökü və kartof atılıb.

"Bu gün əməkdaşlarımız əsasən yerkökü və şirin kartofdan ibarət bir neçə ton yemək atdılar", - nazir yazıb.

O, həmçinin kök yeyən bir kenqurunun şəklini paylaşaraq: "Bir xoşbəxt müştəri" qeydini yazıb. 

​Professor Kris Dikmanın verdiyi məlumata görə, Yeni Cənubi Uels ştatında 800 milyondan çox heyvan meşə yanğınlarında tələf olub.

Xəbər lenti
0