Təzə "iPhone" qiymətinə ev tikirlər

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidiPhone 11
iPhone 11 - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin istifadə etdiyi texnologiya beton və geopolimerlərdən daha iri strukturlar çap etməyə imkan versə də, haqqında danışılan yığcam ev ekoloji cəhətdən daha təmizdir

BAKI, 11 yanvar — Sputnik. İtaliyanın "3D WASP" şirkəti tikintisinə cəmi 100 saatın sərf olunduğu evin layihəsini hazırlayıb. Sahəsi 30 kvadrat metr olan belə evi iki adam 3D çap texnikasının köməyilə göstərilən müddətə ərsəyə gətirə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə El Mundo yazıb.

Nəşrin yazdığına görə, bu cür evin qiyməti son model "iPhone" telefonunun qiymətindən baha deyil, təxminən 900 avrodur.

​Şirkətin istifadə etdiyi texnologiya beton və geopolimerlərdən daha iri strukturlar çap etməyə imkan versə də, haqqında danışılan yığcam ev ətraf mühitə daha az təsir edir.

Tikinti materialları təbiidir: 25%-i birbaşa evin tikildiyi ərazidən çıxan torpaq (gil, qum), 40%-i düyü küləşi, 25%-i düyü qabığı, 10%-i əhəngdir.  Evin quruluşu istilik sistemində qənaət etməyə imkan yaradır, iri pəncərədən bol-bol günəş şüaları da evi işıqlandırır. Binanın daha bir üstün cəhəti zəlzələyə qarşı xeyli davamlı olmasıdır.

Xəbər lenti
0