Suriyada türk hərbçilərə qarşı terror – Ölənlər var

© AFP 2023 / AREF TAMMAWIТурецкие солдаты в Сирии
Турецкие солдаты в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb

BAKI, 9 yanvar — Sputnik. Türkiyənin dörd hərbçisi Suriyada həlak olub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, "Sülh Bulağı" hərəkatının həyata keçirildiyi bölgədə içərisinə partlayıcı qurğunun yerləşdirildiyi avtomobilin partladılması nəticəsində dörd türk hərbçi həlak olub.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdı.

Oktyabrın 22-də isə Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb. Bundan sonra Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb. Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

Xəbər lenti
0