Kraliça II Elizabet "çox kədərlənib" – nəvəsinin qərarına görə

© AP Photo / Yui MokКоролева Елизавета II и принца Гарри, фото из архива
Королева Елизавета II и принца Гарри, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Harri xüsusilə anası, şahzadə Diananın 1997-ci ildə avtomobil qəzasında ölməsindən sonra yüksək statusun onun üçün ağır olduğunu gizlətməyib

BAKI, 9 yanvar — Sputnik. Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın maliyyə imtiyazlarından imtina etmək və müstəqil yaşamaq planlarından məyus olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Sun" qəzetinə mənbələr deyib.

Bir müddət əvvəl şahzadə Harri və onun həyat yoldaşı, amerikalı keçmiş aktrisa Meqan Markl kraliçanın ailə üzvləri kimi statuslarına görə onlara düşən maliyyə imtiyazlarından imtina etmək və müstəqil olaraq pul qazanmaq niyyətlərini elan ediblər. Lakin onlar kraliçanın ailə üzvləri kimi öhdəliklərini yerinə yetirməyə davam edəcəklərini deyiblər.

Bukingem sarayı isə bəyan edib ki, Harri ilə Meqanın bu addımı problemlər yaradır və onların həlli üçün vaxt lazım olacaq.

"Onların (Harri ilə Meqanın – red.) bəyanatı heç kimlə razılaşdırılmayıb. Bu, protokola ziddir. Bu ailəyə müharibə elanıdır... Kraliça çox kədərlənib. Uels şahzadəsi (Çarlz – red.) və Kembric hersoqu (Uilyam – red.) qəzəbləniblər", - mənbə deyib.

Kraliçanın ailəsinin yüksək səviyyəli üzvlərinə II Elizabet özü, onun uşaqları, böyük oğlunun uşaqları, şahzadələr Uilyam və Harri, eləcə də onların həyat yoldaşları aiddirlər. Harri və Meqanın bu statusdan imtina etməsi monarxiyanın simasını ciddi şəkildə dəyişəcək.

Şahzadə Harri xüsusilə anası, şahzadə Diananın 1997-ci ildə avtomobil qəzasında ölməsindən sonra yüksək statusun onun üçün ağır olduğunu gizlətməyib. Onun həyat yoldaşı, "Suits" serialının ulduzu, keçmiş aktrisa Meqan Markl isə medianın ona ünvanladığı tənqiddən ciddi narahatlıq keçirdiyini bəyan edib.

Xəbər lenti
0