Makron Ərdoğana zəng vurdu: "Bunun hərbi həlli yoxdur"

© AP Photo / Lefteris PitarakisПрезидент Турции Реджеп Тайип Эрдоган и президент Франции Эммануэль Макрон на пресс-конференции после саммита по Сирии в Стамбуле
Президент Турции Реджеп Тайип Эрдоган и президент Франции Эммануэль Макрон на пресс-конференции после саммита по Сирии в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Makron İŞİD-lə mübarizənin prioritet olduğunu və Fransanın beynəlxalq koalisiyanın fəaliyyətinə tam sadiqliyini xatırladıb

BAKI, 4 yanvar — Sputnik. Fransa və Türkiyə Prezidentləri Emmanuel Makron ilə Rəcəb Tayyip Ərdoğan cümə günü telefonla danışaraq Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, məlumatı Yelisey sarayı yayıb.

"(Fransa) Respublikasının Prezidenti bu gün türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb. Liderlər İraqdakı son hadisələrin fonunda Yaxın Şərqdə gərginliyin artmasından narahatlıqlarını bildirərək, bölgədə təhlükəli eskalasiyadan qaçmağın vacibliyini vurğulayıblar",  - kommünikedə deyilir.

Həmçinin qeyd olunur ki, Makron İŞİD-lə mübarizənin prioritet olduğunu və Fransanın beynəlxalq koalisiyanın fəaliyyətinə tam sadiqliyini xatırladıb.

"Suriya məsələsinə gəldikdə, Prezident İdlibdəki humanitar durumdan narahat olduğunu ifadə edib, BMT-nin sərhədyanı yerli əhaliyə kömək göstərməsi üçün bölgədə mövcudluğunun təmin edilməsinin vacibliyini qeyd edib", - məlumatda bildirilir.

Liviyadan danışarkən isə Makron təkidlə "böhranın hərbi həllinin olmadığını deyərək, xarici müdaxilə ilə əlaqədar yarana biləcək istənilən eskalasiyadan qaçmağın tərəfdarı olduğunu bildirib. O, Berlindəki konfrans zamanı böhrandan çıxmaq üçün BMT-nin himayəsi altında siyasi prosesə qayıdaraq beynəlxalq konsensusun möhkəmlənməsinə nail olmağın gərəkliyini qeyd edib.

Xəbər lenti
0