Neftlə qızılı kriptovalyutaya satacaq

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidЗолотой слиток, фото из архива
Золотой слиток, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuelada petronun satışı 2018-ci il fevralın 20-də başlanıb və dəyəri bir barel neftin qiyməti ilə eynidir

BAKI, 3 yanvar — Sputnik. Venesuela Prezidenti Nikolas Maduro milli kriptovalyuta - petro - ilə satılacaq xammal siyahısını genişləndirib.

Sputnik Azərbaycan bildirir ki, neft, dəmir, polad və alüminiumla yanaşı, bundan sonra qızıl da petroya satılacaq.

"Biz çıxarılan qızılın bir hissəsini petroya satacağıq", - Maduro "El Nacional" qəzetinə bildirib.

Maduro bu addımların 2019-cu ildə ABŞ tərəfindən tətbiq edilən sanksiyalara cavab olaraq atıldığını təsdiqləyib. 

Maduro hökuməti petronu ölkə iqtisadiyyatına sürətli templərlə daxil etməyə çalışır. Təqaüdçülər və dövlət qulluqçuları artıq ilk təqaüdlərini kriptovalyuta ilə alıblar.

"Bu, çox yaxşıdır. Maddi valyutadan istifadə olunmur, insanlar petronu ya hesablarında saxlayır, ya da bazara gedib nəsə alırlar. Neft bizə çox şey verir", - Prezident deyib. 

O bildirib ki, bəzi treyderlərin spekulyasiya ilə məşğul olması xəbərlərinə rəğmən, neft şirkətinin ödənişləri venesuelalılar üçün çox uğurlu alınıb.

Petronun satışı 2018-ci il fevralın 20-də başlanıb və dəyəri bir barel neftin qiyməti ilə eynidir.

Xəbər lenti
0