Assanj Britaniya həbsxanasında ölə bilər – jurnalistlər və həkimlər narahatdırlar

© REUTERS / Henry NichollsОснователь WikiLeaks Джулиан Ассанж в полицейском фургоне после того, как британская полиция арестовала его в посольстве Эквадора в Лондоне
Основатель WikiLeaks Джулиан Ассанж в полицейском фургоне после того, как британская полиция арестовала его в посольстве Эквадора в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyadakı Belmarş həbsxanasına yerləşdiriləndən sonra Assanjın səhhəti sürətlə pisləşib və onun məhkəməyə qədər sağ qalmayacağı qorxusu var

BAKI, 28 dekabr — Sputnik. "WikiLeaks" saytının yaradıcısı Culian Assanj Birləşmiş Ştatlara ekstradisiyası ilə bağlı fevralda məhkəmə qarşısına çıxmalıdır. Lakin Assanjın və onun həmkarlarının dediyinə görə, jurnalistin Britaniyada təcridxanada saxlanılması, ona verilən sedativ preparatlar, xəstəliklər və keçmiş psixoloji travma onun məhkəmə gününə sağ çıxmamasına səbəb ola bilər.

Логотип Facebook, фото из архива - Sputnik Azərbaycan
Hüquq müdafiəçiləri Google və Facebook-a müharibə elan ediblər. Rusiya üçün bu yaxşıdır

Radio Sputnik-in "Loud and Clear" verilişinin efirində danışan müstəqil jurnalist Diani Baretto və "Consortium News" nəşrinin baş redaktoru Co Lauria "WikiLeaks" layihəsinin həmtəsisçisinin Britaniya həbsxanasında hüquqlarının necə pozulduğunu və onun həyatını xilas etmək üçün görülən səylərdən danışıblar.

Baretto radio verilişin aparıcıları Brayan Beker və Con Kiriakuya deyib ki, Britaniyadakı Belmarş həbsxanasına yerləşdiriləndən sonra Assanjın səhhəti sürətlə pisləşib və onun məhkəməyə qədər sağ qalmayacağı qorxusu var.

"Təcrid olunduğuna görə onun səhhəti daha da pisləşir", - Baretto deyib.

Xatırladaq ki, noyabrda ABŞ, Avstraliya, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və Polşadan olan 60-dan çox həkim Britaniyanın daxili işlər nazirinə məktub yazaraq Culian Assanjın səhhəti ilə bağlı narahatlıq ifadə ediblər. Həkimlərin fikrincə, Assanja təcili yardım göstərilməsə o, ölə bilər. Onlar jurnalisti Belmarş həbsxanasından xəstəxanaya köçürməyin vacib olduğunu bildiriblər.

Qeyd edək ki, Böyük Britaniya polisi "WikiLeaks" portalının yaradıcısı Culian Assanjı aprelin 11-i həbs edib. Assanj Avstraliya vətəndaşıdır. O, 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

 

Xəbər lenti
0