Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır – XƏBƏRDARLIQ

© AP Photo / Mindaugas KulbisАмериканские танки Абрамс в городе Пабраде, Литва, фото из архива
Американские танки Абрамс в городе Пабраде, Литва, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici ölkələrin hərbi attaşeləri ilə keçirilmiş brifinqdə çıxış edən Gerasimov xatırladıb ki, Brüsselin doktrina sənədlərində Rusiyaya düşmən statusu verilib

BAKI, 18 dekabr — Sputnik. NATO-nun intensiv hərbi təlimlərinin ssenariləri alyansın məqsədyönlü şəkildə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşdığını göstərir.

"RİA Novosti" "Krasnaya zvezda" qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Valeri Gerasimovu qəbul edib

Şənbə günü xarici ölkələrin hərbi attaşeləri ilə keçirilmiş brifinqdə çıxış edən Gerasimov xatırladıb ki, Brüsselin doktrina sənədlərində Rusiyaya düşmən statusu verilib.

Onun sözlərinə görə, 2016-cı ildən etibarən NATO üzvləri ümumi müdafiə xərclərini 130 milyard dollar artırıblar, 2024-cü ilədək isə bu göstəricinin 400 milyard dollar artacağı gözlənilir. Bundan başqa bu ay baş tutmuş NATO sammitində kosmosda dominantlığı təmin etmək üçün kosmik fəzanın quru, dəniz və kiberməkan kimi ayrıca müharibə sahəsi kimi təsdiq edilməsinə dair qərar qəbul edilib.

"ABŞ-ın hava hücumundan müdafiə komponentlərinin Avropada yerləşdirilməsi davam edir. Baltikyanı ölkələrdə, Polşada, Qara və Baltik dənizlərinin akvatoriyalarında hərbi aktivlik artır, alyansın hərbi təlimlərinin intensivliyi yüksəlir. Onların ssenariləri NATO-nun məqsədyönlü şəkildə qoşunlarını genişmiqyaslı hərbi münaqişədə istifadəyə hazırladığına işarə edir", - Gerasimov deyib.

NATO müdafiə xərclərini artırır: Bəs Rusiya silahlanma yarışına qoşulacaqmı?

Eyni zamanda Baş Qərargah rəisi təhlükəli hərbi insidentlərin riskini azaltmaq üçün alyansla dialoqun davam etdirilməsinə ehtiyac duyulduğunu bildirib.

Gerasimov xatırladıb ki, NATO-nun fəallığının artması fonunda müttəfiqlər "Rusiyadan hərbi təhlükə" adlı tezisi təbliğ edirlər.

"Rusiyanın hərbi təhlükəsizliyini təmin etmək sahəsində atdığı istənilən addım, ordu və donanma quruculuğunda keçirdiyi istənilən planlı və şəffaf tədbir, keçirdiyi istənilən təlim Qərb təbliğatçıları və "feyk" media tərəfindən açıq şəkildə "sülhə təhdid" kimi təqdim edilir", - Gerasimov deyib.

Generalın fikrincə, alyansın hərəkətləri gərginliyi artırır və Rusiya-NATO təmas xəttində təhlükəsizliyin səviyyəsini aşağı salır.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
NATO dünyada gedən proseslərə təsir edə biləcəkmi – politoloq şərhi

"Hərbi sahədə təhlükəli insidentlərin riskini azaltmaq bir tərəfdə Rusiya, digər tərəfdə isə ABŞ və NATO olmaqla dialoq üçün ən vacib istiqamət olaraq qalır. Yığılmış problemli məsələləri həll etmək üçün Rusiya-NATO qarşılıqlı əlaqəsini bərpa etmək lazımdır", - o deyib.

Dekabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının ölkənin təhlükəsizliyinə təhdid yaratdığını deyib. O, həmçinin qeyd edib ki, ötən illərin düşüncə stereotipləri effektiv qərarlar tapmaq və qəbul etmək üçün yaxşı vasitə ola bilməz.

Eyni zamanda, dövlət başçısı xatırladıb ki, Rusiya beynəlxalq terrorizm, yerli silahlı münaqişələr və kütləvi qırğın silahlarının nəzarətsiz yayılması təhlükəsi kimi real təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün NATO ilə dəfələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xəbər lenti
0