Dünyanı heyrətə gətirən yeniyetmə böyük şirkətlə baş-başa gəldi

© AFP 2023 / Getty Images/Justin SullivanПортрет шведского климатического активиста Греты Тунберг на стерне дома в Сан-Франциско, Калифорния
Портрет шведского климатического активиста Греты Тунберг на стерне дома в Сан-Франциско, Калифорния - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi "Twitter" istifadəçiləri Tunberqə cavab verərək alman şirkətini tənqid ediblər. Qeyd edək ki, "Deutsche Bahn" son illərdə gecikmələr və digər fəaliyyət problemləri ilə üzləşib

BAKI, 17 dekabr — Sputnik. 16 yaşlı isveçrəli ekoaktivist Qreta Tunberqin yazdığı tvit Almaniyanın "Deutsche Bahn" dəmir yolu şirkətinin narazılığına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, dekabrın 2-13-də Birləşmiş Millətlər Təşkilatının Madriddə baş tutmuş İqlim Dəyişikliyi Konfransından (COP25) qayıdan Qreta Tunberq vətəni İsveçə getmək üçün "Deutsche Bahn" şirkətinin qatarında səyahət edib. Tunberq "Twitter" paylaşımında dopdolu qatarda səyahət etdiyini bildirib. Tvitə əlavə olunmuş fotoşəkildə isə Qretanın qatarın döşəməsində oturduğunu və onun ətrafında baqajın olduğunu görmək olar.

"Almaniyada dopdolu qatarlarda səyahət edirəm. Nəhayət ki, evimə gedirəm!", - Tunberq tvitində deyib.

Bəzi "Twitter" istifadəçiləri Tunberqə cavab verərək alman şirkətini tənqid ediblər. Qeyd edək ki, "Deutsche Bahn" son illərdə gecikmələr və digər fəaliyyət problemləri ilə üzləşib.

"Deutsche Bahn" isə cavabında bildirib ki, Tunberq əslində döşəmə üzərində səyahət etməyib və ona birinci sinifdə yer verilib.

"Əziz Qreta, biz dəmiryolçuları iqlim dəyişikliyi ilə mübarizədə dəstəklədiyinə görə təşəkkürlər. Şadıq ki, sən şənbə günü bizimlə 100 faiz yaşıl enerji ilə (işləyən – red.) "ICE 74" sürət qatarında səyahət etmisən. Daha da yaxşı olardı ki, həmçinin birinci sinifdəki yerində heyətimiz tərəfindən sənə necə dostcasına və səriştəli şəkildə qayğı göstərildiyini də qeyd edərdin", - şirkət tvitində deyib.

Tunberq isə cavab olaraq dolu qatarların problem olduğunu demək istəmədiyini və bunun əslində inkişafın simvolu olduğunu bildirib.

"Bazeldən gələn qatarımız hərəkət qrafikindən çıxarılmışdı. Buna görə də iki ayrı qatarda döşəmədə oturmalı olduq. Höttingendən sonra mənə oturacaq verildi. Bu, əlbəttə ki, problem deyil və bunun problem olduğunu deməmişəm. Dopdolu qatarlar böyük bir əlamətdir, çünki bu, o deməkdir ki, qatarla səyahətə tələbat yüksəkdir", - Qreta tvitində deyib.

Xəbər lenti
0