Aşpaz Nüsrətdən divara yapışdırılmış ətə görə fantastik qiymət

© AFP 2023 / LOIC VENANCEНусрет Гёкче
Нусрет Гёкче - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyalı sənətkar Maurisio Kattela tərəfindən hazırlanmış post modern əsər marketdən alınmış banan və 15 sm uzunluğunda lentdən ibarət olub.

BAKI, 15 dekabr — Sputnik. Məşhur türkiyəli qəssab Nüsrət Gökçə italiyalı sənətkar Maurisio Kattelanın "Divara yapışdırılmış banan" adlı əsərini 120 min dollara satmasına qarşılıq olaraq, divara bağladığı ətə 1 milyar 250 milyon dollar qiymət qoyub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o divara yapışdıdığı ətin fotosunu İnstagram hesabında paylaşaraq, "1 milyard 205 milyon dollara ət" kimi qeyd edib. Bu paylaşıma şəbəkə istifadəçiləri müxtəlif şərhlər yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nusr_et#Saltbae (@nusr_et)

Qeyd edək ki, ABŞ Mayami şəhərindəki Art Basel Sənət Festivalı çərçivəsindəki sərgidə "Divara yapışdırılmış banan"a 120 min dollara alıcı çıxıb.

İtaliyalı sənətkar Maurisio Kattela tərəfindən hazırlanmış postmodern əsər marketdən alınmış banan və 15 sm uzunluğunda lentdən ibarət olub.

Xəbər lenti
0