Türkiyə NATO-ya ultimatum verdi

© AFP 2023 / JOHN MACDOUGALLТурецкий флаг развевается перед посольством Турции в Берлине
Турецкий флаг развевается перед посольством Турции в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki plan eyni zamanda təsdiqlənməldir. NATO-nun Baltikyanı ölkələr kimi Türkiyəni də qorumaq öhdəliyi var

BAKI, 11 dekabr — Sputnik. Rəsmi Ankara NATO-nun Türkiyəni terror təhdidindən qorumağa dair planı qəbul edilməyənə qədər Şimali Atlantika Müqaviləsi Təşkilatının Baltikyanı ölkələrin müdafiəsinə dair planını dəstəkləməyəcək. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Biz Baltik dənizi üzrə plana blok qoymağa məcbur olduq. Həm bizim, həm də Baltik planı təsdiqlənməyi gözləyir. Bizim plan təsdiqlənməyənə qədər, o biri plan da təsdiqlənməyəcək. Hər iki plan eyni zamanda təsdiqlənməldir. NATO-nun Baltikyanı ölkələr kimi Türkiyəni də qorumaq öhdəliyi var".

Türkiyə Xarici İşlər naziri, həmçinin qeyd edib ki, Baltikyanı ölkələrin təhlükəsizliyi kimi Türkiyənin də təhlükəsizliyi əhəmiyyətlidir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Xarici İşlər naziri bildirmişdi ki, Baltikyanı ölkələrin müdafiəsi üzrə NATO planı YPG /PYD/PKK terrorçularından qaynaqlanan təhdidlər də daxil olmaqla, alyansın Türkiyənin qorunması üzrə planı dərc olunmayana qədər açıqlanmayacaq.

Nazir eyni zamanda Ankaranın Baltikyanı ölkələrin müdafiəsi üzrə NATO planının müzakirəsi zamanı güzəştlərə getməsinə dair iddiaları da təkzib edib: "Güzəştlərə dair iddialar həqiqəti əks etdirmir".

Onun sözlərinə görə, Türkiyə Kiprin yunan icması istisna olmaqla, Aralıq dənizinin bütün subyektləri ikitərəfli və çoxtərəfli sazişlər imzalaya bilər.

 

Xəbər lenti
0