ABŞ prezidenti Donald Tramp, arxiv şəkli

Trampdan sensasion xəbər ABŞ-da dövlət çevrilişinə cəhd olub, tutulanlar var

1330
(Yenilənib 11:50 10.12.2019)
ABŞ Prezidenti vurğulayıb ki, səbirsizliklə FTB-nin Trampın seçki qərargahı haqqında məlumatları toplayarkən istifadə etdiyi metodların qanuniliyi barədə araşdırmanın nəticələrini gözləyir. Bu araşdırma may ayından aparılır

BAKI, 10 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) fəaliyyətini dövlət çevrilişinə cəhd kimi dəyərləndirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Bu biabırçılıqdır. (...) Belə bir şey digər prezidentin başına gəlməməlidir", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, FTB-nin araşdırması hazırkı ABŞ hökumətinin devrilməsi cəhdindən xəbər verir. O əlavə edib ki, bu işdə əli olanların hamısı tutulub.

​ABŞ Prezidenti vurğulayıb ki, səbirsizliklə FTB-nin Trampın seçki qərargahı haqqında məlumatları toplayarkən istifadə etdiyi metodların qanuniliyi barədə araşdırmanın nəticələrini gözləyir. Bu araşdırma may ayından aparılır.

Trampın özü isə bəyan edib ki, onun nəticələri "yaxın vaxtlarda" açıqlanacaq.

Məlumata əsasən, söhbət ABŞ xüsusi xidmət orqanları tərəfindən 2016-cı il seçkilərindən əvvəl və sonra Tramp və onun ətrafının izlənilməsindən gedir. Dekabrın 9-u Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunur ki, FTB-nın fəaliyyətində siyasi qərəz olmayıb. Hesabatda, həmçinin vurğulanır ki, qurumun əməkdaşları orderlərin alınması üçün bir sıra qaydaları pozublar. Belə ki, agentlər sənədlərdə 17 dəfə yanlış məlumatı göstəriblər.

1330
Əlaqədar
Donald Tramp demokratlara qarşı yeni ittiham irəli sürüb
Trampdan bu hərəkəti heç kim gözləmirdi
Trampdan NATO ilə bağlı gözlənilməz bəyanat: "130 milyard ödəməyə məcbur etdim"
Tramp Kanada Baş Nazirini söydü və sammitdən ayrıldı
Avropanın 1 nömrəli ailəsində qalmaqal: Şahzadəyə Trampla görüşmək qadağan olundu