Hollivud ulduzu Ancelina Coli və qızı Şaylo

Bred Pittlə Ancelina Colinin on üç yaşlı qızı cinsini dəyişdi

261
(Yenilənib 16:50 07.12.2019)
Hollivudun artıq boşanmış məşhur cütlüyü Bred Pitt və Ancelina Colinin on üç yaşlı qızı Şaylo cinsi ilə yanaşı, adını da dəyişərək Con edib

BAKI, 7 dekabr — Sputnik. Ancelina Coli iki il ərzində Bred Pittlə boşanmaq və uşaqları qəyyumluğa götürmək üçün çalışıb. İndi Hollivud aktyorunun varislərini görmək hüququ var, amma əsas qayğılar Lara Kroft haqqında filmlərin kövrək ulduzunun çiyinləri üzərindədir. 

Ancaq uşaqlar çox sürətlə böyüyürlər və övladlığa götürülmüş Meddoks Şivan bu yay ayrı yaşamağa qərar verib. 18 yaşlı gənc indi Cənubi Koreyada təhsil alır. Ulduzun qalan varisləri isə onun yanında olmağa davam edirlər.

Yayda Ancelina uşaqlarını qırmızı xalıya çıxarmışdı. "Malefisenta: Şərin hökmdarı" nağıl filminin Los-Ancelesdə keçirilən premyerasında onunla birlikdə 15 yaşlı Paks, 14 yaşlı Zaxara, 13 yaşlı Şaylo və 11 yaşlı əkizləri Noks və Vivyen də iştirak ediblər. Düzdür, onun ortancıl qızı Şaylo artıq çoxdan qıza bənzəməkdən vaz keçib. O, oğlan kimi görünməyə üstünlük verir və aktrisa da buna mane olmur. Üstəlik, bu günlərdə Şaylo adını da dəyişdirərək rəsmən Con olub.

Belə söhbətlər gəzir ki, Coli və Pittin qızı artıq iki ildir cins dəyişmə əməliyyatından əvvəl qəbul edilən hormonal preparatları qəbul edir. Qız tamamilə transgenderə həddi-buluğa çatandan sonra çevriləcək. Coli özünü oğlan hesab edən qızının bu seçimini tam dəstəkləyir. "New Idea"nın yazdığına görə, qız onun məhz Con adı ilə çağırılmasını xahiş edir.

View this post on Instagram

A post shared by Shiloh Jolie Pitt (@shiloh.jolie.pitt) on

Ulduz ailənin mühitindən olan tanışların bildirdiyinə görə, Şaylo qadın kimi yetkinləşmək istəmədiyi üçün Santa-Monikadakı tibb müəssisələrindən birində hormon terapiyasından keçir. "Şaylo ailədəki qardaşlardan biri olduğuna inanır. Oğlan olmaq, oğlan kimi geyinmək və saçını oğlan kimi kəsdirmək istəyir", - deyə Ancelina özü 10 il əvvəl verdiyi müsahibədə bildirmişdi. Onda Şaylo cəmi 4 yaşında idi. Düzdür, o zaman balaca özünün Con deyil, Piter çağırılmasını istəyirdi. Zaman keçdikcə onun ad seçimi də dəyişib.

"Mən heç vaxt uşağını sındıran, onu olmadığı kimi olmağa məcbur edən bir valideyn olmayacağam", - deyə Coli bildirib. Bəziləri onunla razılaşsalar da, çoxları aktrisanın kiçik qızın şıltaqlıqlarına göz yummamalı olduğuna inanırlar.

261
Əlaqədar
Ancelina Coli jurnalın üz qabığı üçün soyundu
Onun iki "adaxlısı" var - biri Di Kaprio, o biri Bred Pitt
Ancelina Colidən təsirli addım - VİDEO
Məşhur aktrisa ilə bağlı şok iddia irəli sürüldü
İzmirdə

İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı

30
İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb. Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntüləri "Haber Global" yayıb.

Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Hazırda İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 24-ə yüksəlib. Xəsarət alanların sayı artıq 804-dür.

Dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 400-dən çox təkan (afterşok) qeydə alınıb.

30
Əlaqədar
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Putin Ərdoğana başsağlığı verdi
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
İzmirdə yenə zəlzələ olub, ölən və yaralananların sayı artıb
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya Paşinyanın cavabını verdi

189
(Yenilənib 13:26 31.10.2020)
Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur.

BAKI, 31 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən yaydığı xəbər görə, Rusiyanın Xarici İşlər Nazirliyi "Əgər döyüşlər birbaşa Ermənistan ərazisində keçirilərsə, Rusiya Ermənistana hər cür yardım göstərəcək" , - deyə bildirib.

Qeyd edək ki, Paşinyan 29 avqust 1997-ci ildə iki ölkə arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsini əsas götürərək, təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya Federasiyasının Ermənistana verə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasının Prezidentinə müraciət etmişdi.

Rusiya XİN-dən isə bildiriblər ki, bu Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur. Başqa, sözlə, hazırda bu cür hərəkətlərin yerinə yetirilməsinə ehtiyac yoxdur.

189
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan Ermənistana kömək üçün Putinə müraciət etdi
Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Ermənistanın mülki əhalimizə qarşı terror aktları barədə hər kəs məlumatlandırılıb - FHN

0
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.

Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə 4 qətnaməsinin hələ də kağız üzərində qalması qeyd olunub.

Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur. Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.

0