Teylor Svift

İlin ən çox qazanan müğənniləri onlar oldu

22
(Yenilənib 16:43 07.12.2019)
2019-cu ildə o, büdcəsini 185 milyon dollar həcmində artıra bilib. Buna səbəb reklam müqavilələri və qastrol turları olub

BAKI, 7 dekabr — Sputnik. "Forbes" jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin illik reytinq cədvəlini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ilk yeri amerikalı müğənni Teylor Svift tutub. 2019-cu ildə o, büdcəsini 185 milyon dollar həcmində artıra bilib. Buna səbəb reklam müqavilələri və qastrol turları olub.

İkinci pillədə isə 150 milyon qazancla reper Kanye Uest yer alıb. Üçüncü yerdə birtaniyalı Ed Şiran (110 milyon), daha sonra "The Eagles" (100 milyon), Elton Con (84 milyon), Jay-Z və Beyonce (81 milyon) qərarlaşıblar.

22
Əlaqədar
Əlli yaşlı CeyLo ana olmaq istəyir
Üç azərbaycanlı Nyu-York küçələrində doğma dildə oxudu - VİDEO
Türk ulduzlar "Can Qarabağ" mahnısını ifa ediblər
Ani Lorak azərbaycanlının hesabına "Qızıl qrammofon" alıb