Kişi əlində tapança ilə, arxiv şəkli

Kiyevdə "Bakı" kafesində atışma, yaralılar var - FOTO

12
Mübahisə zəminində bir neçə əcnəbi şəxs travmatik silahdan atəş açıb. Atəş açanlar boz rəngli "Mitsubishi" avtomobilinə əyləşərək hadisə yerini tərk ediblər

BAKI, 2 dekabr — Sputnik. Kiyevdə yerləşən "Bakı" kafesində atışma olub, yaralılar var.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri Dtp.kiev.ua nəşri yayıb.

"Yenə də Kiyev. Atışma. Antonoviç, 88, "Bakı" kafesi, odlu silahdan yaralanma. "Sirena" operativ planı başladılıb", - nəşrin Facebook səhifəsində qeyd olunub.

İlkin məlumatlara görə, mübahisə zəminində bir neçə əcnəbi şəxs travmatik silahdan atəş açıb. Nəşr bildirir ki, oxucularından birinin üzünə atəş açılıb. Bir neçə adamın yaralandığı bildirilir. Atəş açanlar boz rəngli "Mitsubishi" avtomobilinə əyləşərək hadisə yerini tərk ediblər. 

Yaralıların keçmiş Sovetlər ittifaqına daxil olan cənub respublikalarının nümayəndələri olduğu bildirilir. 

12