Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan

Rəsmi Yerevan Azərbaycanda baş verənləri şərh etməkdən imtina etdi

15
(Yenilənib 18:39 02.12.2019)
Biz sülh yolu ilə nizamlanma prosesinə sadiqik. Son 1,5 il ərzində biz sülh prosesi çərçivəsində effektiv iş üzrə imkanlarımız və ciddiliyimizi göstərdik

BAKI, 2 dekabr — Sputnik. Ermənistan sülh prosesi çərçivəsində öz gündəliyi üzrə iş aparmağa davam edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanda ölkədaxili vəziyyətin Qarabağ üzrə danışıqlara necə təsir edəcəyinə dair sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"Biz sülh yolu ilə nizamlanma prosesinə sadiqik. Son 1,5 il ərzində biz sülh prosesi çərçivəsində effektiv iş üzrə imkanlarımızı və ciddiliyimizi göstərdik", - deyə Mnatsakanyan vurğulayıb.

O əlavə edib ki, tərəflər Bratislavada Məmmədyarovla görüş üzərində işləyirlər: "Ermənistanın öz prioritetləri var və ölkə bu prioritetlərin üzərində işləyir".

Mnatsakanyan Azərbaycanın özündə baş verənləri şərh etməkdən imtina edərək vurğulayıb ki, Yerevan öz gündəliyində olan məsələlərlə bağlı işlərini davam etdirəcək.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.

15