Yaxın Şərq ölkəsində qanlı gün – 45 ölü

© REUTERS / STRINGERПротесты в Ираке
Протесты в Ираке - Sputnik Azərbaycan
Abunə olmaq
Belə ki, hərbi qulluqçular körpünü blok edən və polis şöbəsi qarşısına toplaşan insanlara atəş açıb.

BAKI, 29 noyabr — Sputnik. İraqda bir gün ərzində etiraz aksiyaları zamanı hüquq mühafizə orqanları və nümayişçilər arasında baş verən toqquşmalar zamanı 45 nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Qeyd olunur ki, 12 nəfər Nəcəfdə etirazçıların İran konsulluğuna daxil olduğu və yandırdığı vaxt həlak olub.

Məlumata əsasən ən azı 29 nəfər İraqın cənubunda yerləşən Nassiriya şəhərində öldürülüb. Belə ki, hərbçilər körpünü blok edən və polis şöbəsi qarşısına toplaşan şəxslərə atəş açıb. Polisin məlumatına görə, insident nəticəsində ən azı 10 nəfər yaralanıb.

Bundan əlavə, daha 4 nəfər Bağdadda keçirilən nümayişlər zamanı ölüb.

Xəbər lenti
0