Vladimir Putin və Emmanuil Makron

Ekspert Makronun Putinə məktubu barədə: Avropa keçmişin təkrar olunmasını istəmir

26
(Yenilənib 14:08 28.11.2019)
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratorium tətbiq etmək təklifini nəzərdən keçirməyə hazırdır. Ekspert Pavel Tarusin Sputnik radiosuna Parisin bu mövqeyini şərh edib

BAKI, 28 noyabr — Sputnik. Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratorium tətbiq etmək təklifini nəzərdən keçirməyə hazırdır. Bunu "Frankfurter Allgemeine" qəzeti yazıb. Qəzet iddia edir ki, onlarda Makronun Putinə göndərdiyi mətn var.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov xəbər vermişdi ki, Vladimir Putin "Avropa və Asiyanın əsas ölkələri"nin rəhbərlərinə orta və yaxın mənzilli raketlər barədə mesaj göndərib.

Qəzetin yazdığına görə, Fransa prezidenti, oktyabrın 23-də məktubu cavablandırıb. O, Putinin təklifini diqqətlə araşdıracağını və onu ikitərəfli və çoxtərəfli formatda müzakirə edəcəyini vəd edib.

Moskva Dövlət Universitetinin Dövlət İdarəetməsi fakültəsinin müəllimi Pavel Tarusin əmindir ki, Parisin mövqeyi gələcək danışıqlara inanmağa imkan verir. O, bu barədə fikirlərini Sputnik radiosuna deyib.

"Makron Rusiya ilə barışıq, Avropa ərazisində silahlı qarşıdurma ehtimalını azaldacaq etibarlı əlaqələrin bərpası siyasətini davam etdirir. Avropa, bizim "Pioner" raketlərimizin və Amerika "Perşinq"lərinin Mərkəzi və Qərbi Avropada yerləşdirildiyi ötən əsrin 70-ci illərinin sonlarındakı hadisələri xatırlayır. Və Qərbi Avropa bu hadisələrin təkrarlanmasını istəmir. Xüsusilə də Makron NATO-ya çox da birmənalı yanaşmır. Makronun mövqeyi yeni silah növlərinin ortaya çıxmaması, dövlət büdcəsinə ağır yükün verilməməsi və Avropada təhlükəsizliyin azalmaması məqsədilə danışıqların aparılması üçün müəyyən potensial zəminlər tapmağa imkan verir", - deyə Pavel Tarusin bildirib.

Avqustun 2-də Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqaviləyə xitam verilib. Təşəbbüskar, Rusiyanı razılaşmanı yerinə yetirməməkdə günahlandıran və ilin əvvəlində ondan çıxmaq niyyətini açıqlayan ABŞ olub. Moskva bu ittihamlar rədd edir və müqaviləni amerikalıların yerinə yetirmədiyi barədə qarşılıqlı iddia ilə çıxış edir.

26
Azərbaycan bayrağı, arxiv şəkli

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

4
Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər

BAKI, 21 oktyabr — Sputnik. Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə ediblər.

Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirib.

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Bayramovla danışdı: mövzu yenə Qarabağ

32
(Yenilənib 21:04 21.10.2020)
Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb

BAKI, 21 oktyabr - Sputnik. Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Sputnik Azərbaycan-a XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ordumuz daha bir neçə kəndi və qəsəbəni işğaldan azad edib - Prezident
Şərtlə danışmağa çalışan İrəvana alimdən dörd xatırlatma: heç birini yerinə yetirmədiniz
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik