Yerevan şəhəri, arxiv şəkli

Türkiyə aviaşirkəti Yerevana uçuşları dayandırdı

25
(Yenilənib 16:29 27.11.2019)
Aviaşirkət tərəfindən yayılan məlumata əsasən, uçuşların həyata keçirilməsi noyabrın 26-ı dayandırılıb.

BAKI, 27 noyabr — Sputnik. Türkiyənin "Atlas Global" aviaşirkəti müvəqqəti olaraq İstanbul – Yerevan – İstanbul da daxil olmaqla bütün istiqamətlər üzrə uçuşları dayandırır. Bu barədə Sputnik Ermənistan "ermenihaber.am"-a istinadən xəbər verir.

Qeyd olunur ki, "Atlas Global" aviaşirkəti müvəqqəti olaraq İstanbul – Yerevan – İstanbul aviareysini həyata keçirən yeganə şirkətdir.

Aviaşirkətin yaydığı məlumata görə, uçuşların həyata keçirilməsi noyabrın 26-ı dayandırılıb və bu qərar dekabrın 21-ə qədər davam edəcək.

Aviaşirkətin uçuşlarının dayandırılmasına səbəb maliyyə çətinlikləridir.

Dekabrın 16-sı aviaşirkətin saytında xüsusi bölmə aktiv olacaq. Bu bölmədə müştərilər öz pullarını necə geri almağı və əldə edilən biletlərin dəyişməyin yollarını biləcəklər.

25