Bakının görünüşü

Rusiya ABŞ hərbi rəhbərləri Bakıda bir araya gəldilər FOTO

13
(Yenilənib 19:48 26.11.2019)
Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, eləcə də hərbi ekspertlər arasında dialoqun bərpa edilməsi perspektivlərini müzakirə edilər

BAKI, 26 noyabr — Sputnik. Noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri aviasiya marşalı Stüart Piiç arasında görüş olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Начальник генерального штаба ВС России Валерий Герасимов и глава Военного комитета НАТО Стюарт Пич во время встречи
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri aviasiya marşalı Stüart Piiç

Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, eləcə də hərbi ekspertlər arasında dialoqun bərpa edilməsi perspektivlərini müzakirə edilər.

“Hərbçilər Avropa təhlükəsizliyi sahəsindəki vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpa edilməsi, eləcə də böhranlı regionlarda vəziyyəti müzakirə ediblər” – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, bu, Valeri Gerasimov və Stüart Piiç arasında ilk görüşdür. Bundan əvvəl Valeri Gerasimov iyul ayında Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolterslə görüşüb.

13