Albaniya zəlzələdən sonra

Albaniyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artır

43
(Yenilənib 19:08 26.11.2019)
Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyət barədə danışarkən vəziyyətin dramatik olduğunu bildirib

BAKI, 26 noyabr — Sputnik. Albaniyanın paytaxtı Tirana ətrafında baş verən 6,4 bal gücündə zəlzələ zamanı ölənlərin sayı artır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, baş verən zəlzələ nəticəsində 18 nəfər həlak olub, 600-dən çox insan yaralanıb.

Albaniyanın Baş naziri Edi Rama bildirib ki, təbii fəlakət nəticəsində dağıntılar altında qalan 28 nəfər xilas edilib.

Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyət barədə danışarkən vəziyyətin dramatik olduğunu bildirib: "Vəziyyət çox dramatikdir. İnsanları dağıntılar altından çıxarmaq üçün hər cür səy göstərilir".

Dağıntıların aradan qaldırılması üçün Yunanıstan və Türkiyə Albaniyaya xilasedicilər göndərib.

Məlumata əsasən, yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

43