S-400 raket sistemləri Alabino hərbi poliqonunda Qələbə paradının məşqi zamanı

"S-400" məsələsi aprelə qədər çəkəcək Ərdoğan sirləri açdı

28
(Yenilənib 19:51 26.11.2019)
Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb

BAKI, 26 noyabr — Sputnik. Türkiyə və NATO arasında Rusiya istehsalı olan "S-400"lə bağlı problemin həlli yollarının axtarılması gələn ilin aprel ayına qədər davam edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Aprelə qədər davam edəcək bir proses var. Bu prosesə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi cəlb olunub. Bu işin nəyə gətirib çıxaracağına baxarıq. Bu NATO ilə bağlı vəziyyətdir. Söhbət "S-400"lərin istifadə olunub-olunmamağından getmir. NATO qaydaları çərçivəsində atılmalı olan addımlar var. Bizim həmkarlarımız bu məsələ üzərində işləyəcək", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Yens Stoltenberq Türkiyə ilə "S-400" məsələsi ilə bağlı fikir ayrılıqlarının nizamlanması prosesinə pozitiv yanaşır.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Bakıda NATO ilə bağlı narahatlıq: Bəzi ölkələr güc yolu diktə siyasətini davam etdirir>>

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

28