Avropanın mərkəzi güclü silkələndi

Abunə olmaq
Paytaxtdan 30 km aralıda 2 yaşayış evi, Kavaya şəhərində isə daha 2 yaşayış evi dağılıb. Yüzlərlə insan xəstəxanaya müraciət edib. Amma onların dəqiq sayı məlum deyil

BAKI, 26 noyabr — Sputnik. Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

​Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İlkin məlumata görə, paytaxtdan 30 km aralıda 2 yaşayış evi, Kavaya şəhərində isə daha 2 yaşayış evi dağılıb. Yüzlərlə insan xəstəxanaya müraciət edib. Amma onların dəqiq sayı məlum deyil.

İlkin məlumata görə, 1 nəfər ölüb.

Xəbər lenti
0