Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov dünya çempionunu qabaqlayıb

© Facebook / Qarabağ FKГлавный тренер ФК "Карабах" Гурбан Гурбанов
Главный тренер ФК Карабах Гурбан Гурбанов - Sputnik Azərbaycan
Abunə olmaq
Həmyerlimizin qabaqladığı məşhurlar arasında əfsanəvi argentinalı dünya çempionu Dieqo Maradona da var.

BAKI, 25 noyabr - Sputnik. Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

APA-nınn məlumatına görə, planetin 1000 ən yaxşı mütəxəssisi sırasında yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb.

Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 1017 xala malik mütəxəssis dünyada 586-cıdır. O, ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

Həmyerlimizin qabaqladığı məşhurlar arasında əfsanəvi argentinalı Dieqo Maradona da var. “Ximnasiya Esqrima”nın çalışdırıcısı 996 xalla 591-cidir.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin də siyahıdadır. 818 xala malik appeninli 669-cu sırada yer alıb. O, son bir həftədə bir addım geri düşüb.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 min 551 xal var.

Xəbər lenti
0