İstintaq təcridxanası, arxiv şəkli

Bir zamanlar planetdəki güc sahiblərinin "kabusu" olmuş şəxs ölüm ayağındadır

539
(Yenilənib 22:28 25.11.2019)
Tibbi-nöqteyi nəzərdən və əldə olunan məlumatlara görə Culian Assancın 2020-ci ilin fevralında məhkəmə qarşısına çıxarılması imkanı həkmlərdə ciddi narahatlıq doğurur.

BAKI, 25 noyabr — Sputnik. Altmışdan çox həkim Böyük Britaniya Daxili İşlər naziri Priti Patelin adına məktub yazaraq xəbərdarlıq ediblər ki, tibbi yardım göstərilməzsə, "WikiLeaks"-in yaradıcısı Culian Assanc həbsxanada ölə bilər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Tibbi-nöqteyi nəzərdən və əldə olunan məlumatlara görə, Culian Assancın 2020-ci ilin fevralında məhkəmə qarşısına çıxarılması imkanı bizdə ciddi narahatlıq doğurur", - deyə "WikiLeaks" və Böyük Britaniya KİV-ində yayımlanan məktubda bildirilir.

Böyük Britaniya, Avropa ölkələri, Avstraliya və Şri-Lankadan olan mütəxəssislər vurğulayırlar ki, fiziki və psixoloji durumunun ixtisaslaşmış mütəxəssislər tərəfindən qiymətləndirilməsi üçün Assancın tibb mərkəzinə köçürülməsinə ehtiyac var.

"Belə bir kömək olmadığından bizim Culian Assancın həbsxanada ölə biləcəyini demək üçün ciddi əsaslarımız var", - deyə məlumatda bildirilir.

539