Avtomobil sükanı, arxiv şəkli

Bir saatlıq pilot: sükan arxasındakı itdir - VİDEO

25
(Yenilənib 23:21 23.11.2019)
"Əvvəl elə bildim ki, kimsə maşını arxaya verir. Amma sonra gördüm ki, maşın dayanmır, öz-özümə fikirləşdim ki, görəsən, bu nə edir"

BAKI, 23 noyabr — Sputnik. ABŞ-ın Florida ştatında sükanı arxasında köpək oturmuş avtomobil bir saat müddətində yerində dövrə vurub.

Sputnik Azərbaycan bildirir ki, polisin verdiyi məlumatda sürücünün maşını tərk etdiyi, bu zaman qapının kilidləndiyi deyilir. Avtomobilin salonunda qalan Maks adlı labrador da təsadüfən arxaya hərəkət düyməsini basıb. Sürücünün kreslosunda yerini rahatlayan Maks beləcə bir saat ərzində maşınla dövrə vurub.

Hadisə şahidi Enn Sabol deyib ki, öncə iti heç görməyib: "Əvvəl elə bildim ki, kimsə maşını arxaya verir. Amma sonra gördüm ki, maşın dayanmır, öz-özümə fikirləşdim ki, görəsən, bu nə edir. Sonra isə avtomobildəki iti gördüm".

Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər. Avtomobil poçt qutusuna dəyib sürəti azalanda xilasedicilər ona yaxınlaşa biliblər. Kilidlənən qapını şifrə daxil etməklə açan polislər iti maşından çıxarıblar. Maksın heç bir xəsarət almadığı bildirilir. 

25