F-35 təyyarəsi, arxiv şəkli

Türkiyə müdafiə naziri: "F-35"ləri almasaq, axtarışlara başlayacağıq

9
(Yenilənib 12:15 23.11.2019)
Vaxtında "S-400"ün yerinə "Patriot" almaq istədik, lakin bu mümkün olmadı. Mümkün olmayınca "S-400"ü aldıq. "F-35" qırıcılarına da bizim Silahlı Qüvvələrimizdə ehtiyac var

BAKI, 23 noyabr — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit raket sistemlərini heç bir şəkildə NATO sistemləri ilə inteqrasiya etməyəcəyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Əl Cəzirə" telekanalında yayımlanan "Talk to Al Jazeera" proqramına müsahibəsində Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Bunu lap əvvəldən deyirik. Rusiya istehsalı olan "S-400" zenit raket sistemlərini heç bir şəkildə NATO sistemləri ilə inteqrasiya etməyəcəyik. Müstəqil olaraq işləyəcək", - deyə Akar vurğulayıb.

Hulusi Akar qeyd edib ki, Türkiyə vaxtında ABŞ-dan "Patriot" sistemlərini almaq istəyib: "Vaxtında "S-400"ün yerinə "Patriot" almaq istədik, lakin bu mümkün olmadı. Mümkün olmayınca "S-400"ü aldıq. "F-35" qırıcılarına da bizim Silahlı Qüvvələrimizdə ehtiyac var. "F-35"lər ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün olduqca önəmli bir vasitə, silahdır. "F-35"ləri almaq mümkün olmasa, təbii olaraq biz başqa axtarışlara başlayacağıq. Bunu hər kəs bilməlidir".

9
Əlaqədar
"Kökə təklif etmədən qamçı"- Ekspert "S-400"lərə görə ABŞ-ın Türkiyəyə təzyiqi barədə
"Çox çətin vəzifə". Hərbi ekspert Ərdoğanın "S-400"lə bağlı bəyanatını şərh edib
Tramp və Ərdoğan “S-400” məsələsini həll etdilər
Daha bir cəhd: Trampdan S-400 sazişini pozmaq üçün Ərdoğana gözlənilməz təklif