S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli

"Kökə təklif etmədən qamçı"- Ekspert "S-400"lərə görə ABŞ-ın Türkiyəyə təzyiqi barədə

20
(Yenilənib 13:45 22.11.2019)
Birləşmişlər Ştatlar Türkiyəyə "S-400" zenit-raket komplekslərini "məhv etməyi, geri qaytarmağı və canını qurtarmağı" təklif edib. Hərbi elmlər üzrə doktor Konstantin Sivkov Ankaranın buna gedib-getməyəcəyi barədə danışıb

BAKI, 22 noyabr — Sputnik. “Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərindən imtina etməlidir”, - deyə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

Türk general: "S-400"lər bəhanədir, ABŞ Türkiyəni qonşusuna qurban vermək istəyir>>

"S-400"lərin tədarükü yolverilməzdir, onlar sanksiya riski yaradır. Düzdür, CAASTA qanununda sanksiyaların nə vaxt tətbiq olunması göstərilməyib. Türkiyəyə qarşı sanksiyaların hansı sahələri əhatə edəcəyi, nə qədər geniş olacağı və dərinliyi barədə danışmaq olar", - deyə nümayəndə brifinqdə bildirib.

O vurğulayıb ki, Ankaranın danışıqlar masasına qayıtması üçün "manevr etmək" imkanı var. Bunun üçün yeganə şərt "Triumflar"dan (S-400) imtina etməkdir: "Eyni zamanda, biz onların "Patriot" batareyalarını almaq imkanını məhdudlaşdırmamışıq".

Dövlət Departamentinin nümayəndəsi bu istiqamətdə danışıqların necə getdiyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona baş tutan səfəri zamanı "S-400"lərin alışı ilə bağlı vəziyyətin "həll olunacağına" ümid etdiyini bildirmişdi.

Rusiya Raket-Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini, hərbi elmlər üzrə doktor Konstantin Sivkov hesab edir ki, bu cür təzyiqə görə Vaşinqton "Türkiyəni itirə bilər". O, bu barədə öz fikrini Sputnik radionun efirində səsləndirib.

"Türkiyə ABŞ-dan tam olaraq asılı olmamaq üçün öz silahlanma sistemini şaxələndirmə kursunu seçib. Türkiyənin özü silah istehsal etmir, bu ölkədə silahlanmada olan Almaniya tankları köhnəlib, yenilərini isə vermirlər. Türkiyə ümumilikdə nə NATO, nə də Avropaya güvənmir. Ona görə də, bu ölkə şaxələndirməyə getməyə məcburdur. Bu (ABŞ-ın Türkiyəyə təzyiqi) ona gətirib çıxara bilər ki, təzyiqin artması ilə NATO ümumiyyətlə Türkiyəni itirəcək", - deyə Konstantin Sivkov bildirib.

O, eyni zamanda qeyd edib ki, NATO və ABŞ Türkiyədə maraqlıdır. Bu həm də bu ölkənin coğrafi mövqeyi ilə də bağlıdır.

"Türkiyə Birləşmiş Ştatlardan asılı deyil, ABŞ Türkiyədən asılıdır. Türkiyə ABŞ-ı İncirlik və digər bazalardan çıxara və ümumiyyətlə NATO-dan çıxa bilər. Bu zaman NATO cənub cinahını itirir və ABŞ hərbi-siyasi baxımından İsrail sərhədlərinə qədər geri atılır. Silah tədarükü məsələsində isə Türkiyə Rusiyaya doğru istiqamətlənə bilər. 

Birləşmiş Ştatlar kökə təklif etmədən qamçıya üstünlük verir. Türkiyə isə elə bir ölkə deyil ki, onu belə incitmək mümkün olsun”, – deyə Sivkov bildirib.

Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

20