ABŞ Dövlət Departamenti

"Məhv edin, geri qaytarın ya canınızı qurtarın" Vaşinqtondan Ankaraya sərt ultimatum

159
(Yenilənib 12:33 22.11.2019)
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Ankaranın danışıqlar masasına qayıtması üçün "manevr etmək" imkanı var

BAKI, 22 noyabr — Sputnik. Birləşmişlər Ştatlar Türkiyəyə Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini "məhv etməyi, geri qaytarmağı və canını qurtarmağı" təklif edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindəki yüksək rütbəli şəxs bildirib.

"S-400"-lərin tədarükü yolverilməzdir, onlar sanksiya riski yaradır. Düzdür, CAASTA qanununda sanksiyaların nə vaxt tətbiq olunması göstərilməyib. Türkiyəyə qarşı sanksiyaların hansı sahələri əhatə edəcəyi, nə qədər geniş olacağı və dərinliyi barədə danışmaq olar", - deyə nümayəndə brifinqdə bildirib.

O vurğulayıb ki, Ankaranın danışıqlar masasına qayıtması üçün "manevr etmək" imkanı var. Bunun üçün yeganə şərt "Triumflar"dan (S-400) imtina etməkdir: “Eyni zamanda, biz onların "Patriot" batareyalarını almaq imkanını məhdudlaşdırmamışıq”.

Dövlət Departamentinin nümayəndəsi bu istiqamətdə danışıqların necə getdiyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona baş tutan səfəri zamanı "S-400"-lərin alışı ilə bağlı vəziyyətin "həll olunacağına" ümid etdiyini bildirmişdi.

159