İranda etirazlar

İranla bağlı dəhşətli rəqəm açıqlandı Ölənlərin sayı yüzü keçib

700
(Yenilənib 11:50 20.11.2019)
Noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min riala qədər, adambaşına kvota çərçivəsində isə 50 faiz qaldırılıb. Yeni qaydalara görə, hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosiklet sahibinə isə ayda 25 litr benzin düşür.

BAKI, 20 noyabr — Sputnik. Amnesty İnternational təşkilatı İranda benzin qiymətinin artırılmasına görə günlərdir davam edən etiraz aksiyaları zamanı ən azı 106 nəfərin öldüyünü bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat təşkilatın "Twitter" səhifəsində yerləşdirilib.

Məlumata əsasən İran polisi ölkənin 21 şəhərində etirazçılara qarşı atəş açıb.

Rəsmi məlumata görə isə aksiyalar nəticəsində 12 nəfər həyatını itirib.

Bu arada İran mediası etiraz aksiyaları təşkilatçılarının edam ediləcəyini yazıb.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min riala qədər, adambaşına kvota çərçivəsində isə 50 faiz qaldırılıb. Yeni qaydalara görə, hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosiklet sahibinə isə ayda 25 litr benzin düşür. Bundan sonra isə ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii etiraf edib ki, İranda benzinin qiymətinin qalxması ilə bağlı baş verən qarşıdurmalar nəticəsində hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub.

İran Yaponiya və Fransanın şərtlərini qəbul edəcəkmi – politoloq şərh edir>>

"Təəssüflər olsun ki, son bir neçə gündə qarşıdurmalar baş verib. Hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı hücuma məruz qalıb və həlak olub", - deyə Əli Rabii vurğulayıb.

Bu arada İSNA agentliyi yazır ki, İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayacaq.

700
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

21
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

21
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

15
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

15
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0