Filmin ən maraqlı yerini pəncərədən çəkdi - VİDEO

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan
Abunə olmaq
Heç kim, bəlkə, elə rejissor özü də bu kadrların filmin ən yaddaqalan səhnəsi olacağını təxmin etmirdi

BAKI, 17 noyabr — Sputnik. Sosial şəbəkədə aktyor Xoakin Feniksin çəkiliş meydanında Todd Fillipsin "Coker" filmindəki məşhur səhnəni - pilləkəndəki rəqsini - oynamaqçün hazırlandığı və ifa etdiyi görüntülər yayılıb. 

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Nyu-York sakini bu kadrları, çox güman ki, pəncərədən çəkib. Bir neçə gün ərzində qısa videoya üç milyon baxış olub.

Kadrların keyfiyyətinin ürəkaçan olmamasına rəğmən, istifadəçilərin çoxu hesab edib ki, videonu çəkən nyu-yorklunun bəxti yaman gətirib.

​"Coker" dramı 2019-cu il oktyabrın 4-də kinoteatrlarda nümayişə çıxarılıb. O, komiks əsasında çəkilən filmərdən ən gəlirlisi olub.  İndi isə əgər istirahət günləri baxışdan 1 milyard gəlir  toplaya bilsə, o zaman kino tarixinin ən azbüdcəli və gəlirli filmi ola bilər. Hələlik bu rekord "Yura dövrünün parkı" filminə aiddir (1993-cü il).

Xəbər lenti
0