İranda etirazlar, arxiv şəkli

İran qarışdı: etiraz aksiyalarında ölən var - VİDEO

178
Paytaxt Tehran başda olmaqla Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar benzinin bahalaşmasına etiraz ediblər

BAKI, 16 noyabr — Sputnik. Dünyanın ən böyük neft ehtiyatına sahib ölkələrdən biri olan İranda dövlət tərəfindən subsidiya edilən benzinin qiyməti 50 faiz artırılıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, paytaxt Tehran başda olmaqla Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar benzinin bahalaşmasına etiraz ediblər.

Sircan şəhərində yanacaqdoldurma məntəqəsi yandırılandan sonra bəzi şəhərlərdə, xüsusən də Tehranda təhlükəsizlik qüvvələri yanacaqdoldurma məntəqələri qarşısında tədbirlər görüblər.

Sircanda etiraz aksiyasında bir nəfər həyatını itirib.

Məşhəd şəhərində təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edərək nümayişçiləri dağıdıb.

İran Prezidenti Həsən Ruhani 4 ildir benzinin qiymətinin qaldırılmadığını, bu artımın insanların maraqlarına uyğun və aztəminatlı ailələrə dəstək məqsədilə edildiyini açıqlayıb.

İqtisadi böhrana baxmayaraq, Ruhani, bu addımla hökumətin gəlir əldə etmək məqsədi daşımadığını və bütün gəlirlərin 60 milyon insana paylanacağını vurğulayıb.

İran Milli Neft Məhsulları Paylama Şirkətinin daha öncə etdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiya edilən benzinin aylıq 60 litrə qədərinin qiyməti 1000 tüməndən 1500 tümənə artırılıb. Ay içərisində 60 litrdən çox benzin alınan zaman isə hər litr üçün qiymət 3000 tümənə qaldırılıb.

"Al Arabiya" televiziyası etirazçılar tərəfindən Xuzistan əyalətinin Behbahan şəhərində yerləşən İran Mərkəzi Bankının binasının yandırıldığını açıqlayıb.

178