Yol qəzalarını azaltmaq üçün yeni üsul: məcburi test keçirəcəklər

© Sputnik / Tabyildyi KadyirbekovВодитель, фото из архива
Водитель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 1-dən etibarən sürücülərin bu testdən keçməsi məcburi olacaq. Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər

BAKI, 16 noyabr — Sputnik. Türkiyədə dekabrın 1-dən etibarən bəzi sürücülərin testdən keçirilməsi vacib olacaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kommersiya məqsədli, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrini idarə edən sürücülər psixotexnologiya testindən keçiriləcəklər. Dekabrın 1-dən etibarən sürücülərin bu testdən keçməsi məcburi olacaq. Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər.

Belə bir qərarın verilməsinə səbəb isə ötən günlərdə baş verən qəzalar olub. Belə ki, bir neçə gün öncə bu cür avtomobillərdən biri avtobus dayanacağına çırpılıb. Digər hadisə nəticəsində isə kommersiya xidməti göstərən bir avtomobil tələbənin üzərindən keçmişdi.

Bu cür qərarın verilməsi ilə insan amilinin rol oynadığı qəzaların sayını minimuma endirmək hədəflənib.

 

Xəbər lenti
0