Türkiyədə sərnişin avtobusu aşdı - 1 nəfər öldü, onlarla yaralı var

© AFP 2023 / STRАвтомобиль скорой помощи в Турции, фото из архива
Автомобиль скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə maşınları cəlb edilib. Xəstəxanalara aparılan yaralananlardan 9-nun vəziyyəti ağırdır

BAKI, 16 noyabr — Sputnik. Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 45 nəfər yaralanıb. Qəza Aksaray-Ankara avtomobil yolunun 39-cu kilometrliyində baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə maşınları cəlb edilib. Xəstəxanalara aparılan yaralananlardan 9-nun vəziyyəti ağırdır.

 

Xəbər lenti
0