Aktrisa Bricit Nilsen

Aktrisanın ağlasığmaz intiqamı

32
Hədsiz dərəcədə kobud davranırdı. Ancaq ondan intiqamımı aldım. Hadisədən bir neçə ay sonra onun əri Şon Penlə yatdım.

BAKI, 14 noyabr — Sputnik. Məşhur aktrisa Bricit Nilsen "The Talk" adlı proqrama qatılıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin Madonna ilə bağlı açıqlamaları gündəm olub. O, müğənnini pop musiqisinin kraliçası hesab etmədiyini dilə gətirib. İki sənətçi arasında olan soyuqluğun isə qəribə tarixçəsi var.

"1987-ci ildə Madonna ilə eyni barda idik. Aramızda dava düşdü. Ona sillə vurdum. Hədsiz dərəcədə kobud davranırdı. Ancaq ondan intiqamımı aldım. Hadisədən bir neçə ay sonra onun əri Şon Penlə yatdım", - deyə o bildirib.

Qeyd edək ki, 1987-ci ildə Silvestr Stalonidən boşanan Nilsen, 2006-cı ildə Matti Dessi ilə evlənib və bir qızı olub.

32