Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur biznesmen Ukraynanı Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb

© Sputnik / Mihail Markiv / Mediabanka keçidНазначенный главой Днепропетровской области Игорь Коломойский
Назначенный главой Днепропетровской области Игорь Коломойский - Sputnik Azərbaycan
Abunə olmaq
Biznesmenin fikrincə, Ukraynanın iqtisadi olaraq sağ qalması üçün Rusiya ilə münasibətlərininbərpasına ehtiyac var.

BAKI, 13 noyabr — Sputnik. Ukrayna Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu ukraynalı biznesmen İqor Kolomoyski "The New York Times"-a müsahibəsində bildirib.

"İstənilən halda onlar güclüdürlər. Onlarla münasibətlərimizi yaxşılaşdırmaq lazımdır. İnsanlar sülh istəyir, yaxşı həyat istəyir. Onlar müharibə istəmir", - deyə ukraynalı biznesmen bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynadan geosiyasi rəqibini zəiflətmək üçün istifadə edir.

"Ukraynanın iqtisadi olaraq sağ qalması üçün Rusiya ilə münasibətlərinin bərpasına ehtiyac var. 5-10 il keçəcək və qan haqqında unudacaqlar", - deyə o bildirib.

Xəbər lenti
0