Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanı Evin qarşısında gözləyən sürpriz

169
(Yenilənib 19:22 13.11.2019)
Bu gün Türkiyə və ABŞ prezidentlərinin görüşü keçiriləcək. Görüşdə ikitərəfli münasibətlər, həmçinin Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

BAKI, 13 noyabr — Sputnik. Erməni qrupları PKK terror təşkilatının tərəfdarları ilə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın davam edən ABŞ səfərinə etiraz əlaməti olaraq aksiya keçirəcəklər. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) bəyan edib ki, PKK terror təşkilatını dəstəkləyən Demokratiya uğrunda Amerika Rohova Mərkəzi və Erməni Gənclər Federasiyası Rəcəb Tayyib Ərdoğanın səfərinə qarşı Ağ Ev qarşısında aksiya keçirəcək.

Qeyd edək ki, bu gün Türkiyə və ABŞ prezidentlərinin görüşü keçiriləcək. Görüşdə ikitərəfli münasibətlər, həmçinin Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

169