"İlin quşu"nu da siyasətə qatdılar

© wallwidehd.comPinqvinlər
Pinqvinlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu səsləri almağımızın ağlabatan izahı ola bilər. Çox güman ki, Rusiyadan olan quş həvəskarları oyuna daxil olublar"

BAKI, 12 noyabr — Sputnik. Yeni Zelandiyadan olan internet istifadəçiləri yerli təbiəti mühafizə təşkilatının keçirdiyi "İlin quşu" müsabiqəsinə Rusiyanın müdaxilə etdiyi qənaətinə gəliblər.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə RNZ radiostansiyası məlumat yayıb.

Məlumata görə, müsabiqənin təşkilatçıları bu fikirləri təkzib ediblər.

"Yeni Zelandiya meşələrinin və quşlarının qorunması üçün Kral Cəmiyyəti" adlı təbiəti mühafizə təşkilatı 2005-ci ildən bəri səsvermə təşkil edir və ürəyi istəyən şəxs bu səsvermədə "ilin quşunu" seçir. Bu il həmin ada sarıgöz pinqvin (hoiho) layiq görülüb.

​Təşkilatın məlumatına görə, bu il səsvermədə 92 ölkədən insanlar iştirak ediblər. Onlardan ən çoxu isə Avstraliya (684 nəfər), Böyük Britaniya (682), ABŞ (563) və Rusiyanın (335) payına düşüb. Təşkilatın nümayəndəsi Meqan Habşer bildirib ki, səsvermənin iştirakçılarının coğrafiyasına görə "şəbəkədə, təbii ki, onun şübhəli olmasına dair spekulyasiyalar yarandı". 

"İnsanlar Yeni Zelandiyadakı seçkilərə Rusiyanın müdaxiləsi barədə müxtəlif fərziyyələr uydururlar. Amma hər kəsi inandıra bilərik ki, bu dəfə hər şey düzgün oldu", - Habşer deyib.

Onun spözlərinə görə, təşkilat səsvermədə iştirak edən adamların bütün məlumatlarını və IP-ünvanları yoxlayıb. Nəhayətdə Rusiyadan verilən  səslərin yalnız 193-ü hesaba alınıb. Ümumilikdə isə Yeni Zelandiyadan alınan 16 min  səsdən 12.6 mini nəzərə alınıb.

"Bu səsləri almağımızın ağlabatan izahı ola bilər. Çox güman ki, Rusiyadan olan quş həvəskarları oyuna daxil olublar. Əslində Yeni Zelandiya ilə Rusiyanın ortaq quşları çoxdur", - Habşer deyib.

Xəbər lenti
0