Tramp Vaşinqtonda Ərdoğana nə deyəcək? - Müşaviri açıqladı

Abunə olmaq
"Əgər Türkiyə S-400-dən əl çəkməsə, çox güman ki, CAATSA qanununa müvafiq olaraq sanksiyaları Konqresdə hər iki cəbhə dəstəkləyəcək və Türkiyə də bu sanksiyaların gücünü görəcək"

BAKI, 10 noyabr — Sputnik. Türkiyə Rusiyada S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ Konqresinin sanksiyaları ilə üzləşə bilər və bu barədə Donald Tramp gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona səfəri zamanı ona deyəcək.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu sözlər ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayenə məxsusdur.

"Biz bundan çox narazı idik", - O`Brayen CBS-in efirində deyib.

"Əgər Türkiyə S-400-dən əl çəkməsə, çox güman ki, CAATSA qanununa müvafiq olaraq sanksiyaları Konqresdə hər iki cəbhə dəstəkləyəcək və Türkiyə də bu sanksiyaların gücünü görəcək. Biz bunu Ərdoğana aydın şəkildə dedik. NATO-da S-400, Rusiya silahlarının alınması yolverilməzdir. Bunu Prezident (Tramp) o (Ərdoğan), Vaşinqtona gələndə ona aydın surətdə deyəcək", - O`Brayen bildirib. 

Bu ilin yayında ABŞ Türkiyəni F-35 təyyarələrinin istehsalı proqramından kənarlaşdırıb və Rusiya istehsalı olan zenit-raket komplekslərinin alınmasına görə növbəti sanksiyalarla hədələyib.

Xəbər lenti
0