Tbilisidə Sonra isə biz rəqs edirdik filminə qarşı etiraz aksiyası

Gürcülər yenə üsyanda: bu dəfə onları iki gəncin sevgisi qəzəbləndirib - VİDEO - FOTO

32
Bildirilir ki, kinoteatrda aksiyanın qızışdığı anda 20-dək adam olub. Ancaq film üçün bütün biletlər satılıb

BAKI, 8 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə "Amirani" kinoteatrının qarşısına xeyli şəhər sakini yığışaraq "Sonra isə biz rəqs edirdik" filminin premyerasına qarşı etiraz edir.

Sputnik Gürcüstan xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Hətta beş etirazçının saxlanıldığı bildirilir. Bir polis maşınının isə şüşələri sındırılıb.

İsveç-gürcü dramının rejissoru Levan Akin filmdə qeyri-ənənəvi sevgidən bəhs edir. Onun qəhrəmanlarından biri, rəqqas Merab iddialı rəqibi İrakliyə aşiq olur. Filmin 8-10 noyabrda Tbilisi və Batuminin  bütün kinoteatrlarında göstərilməsi nəzərdə tutulur.

Filmin nümayişinin əleyhdarları bu gün saat 16:00-dan etibarən Tbilisi Konsert zalının qarşısında və yaxınlıqdakı Vere parkında toplaşmağa başlayıblar. Qaranlıq düşəndə isə sayı bir neçə yüzə çatan etirazçılar yaxınlıqdakı Kostava küçəsində yeürləşən kinoteatra doğru yürüşə başlayıblar.

Акция протеста против показа премьеры фильма А потом мы танцевали
© Sputnik / ALEX SHLAMOV
Tbilisidə "Sonra isə biz rəqs edirdik" filminə qarşı etiraz aksiyası

Etirazçılar yolu bağlayaraq polis kordonunu yarıb kinoteatra girməyə cəhd ediblər. Əllərində flayerlər, "Homoseksuallığın təbliği və qanuniləşdirilməsi xalqın soyqırımıdır" şüarları olan etirazçılar "Gürcüstan" və "Yaşasın Gürcüstan" qışqırırlar. 

Polis kordonuna təzyiqin artdığını görən DİN təhlükəsizlik tədbirlərini gücləndirib. Binanın qarşısına kaskalı və qalxanlı polislər yerləşdiriliblər.

Акция протеста против показа премьеры фильма А потом мы танцевали
© Sputnik / ALEX SHLAMOV
Tbilisidə "Sonra isə biz rəqs edirdik" filminə qarşı etiraz aksiyası

Burada əllərində şam tutmuş, dua oxuyan din xadimlərini də görmək olar.

Bildirilir ki, kinoteatrda aksiyanın qızışdığı anda 20-dək adam olub. Ancaq film üçün bütün biletlər satılıb. Polis əlində bilet olan vətəndaşları kinoteatra salmağa çalışıb. Hazırda filmin nümayişi keçirilir.

Aksiyanın təşkilatçısı biznesmen Levan Vasadze və "Gürcü marşı" təşkilatıdır. Onlar hələ bir neçə gün əvvəl filmin premyerasına imkan verməyəcəklərini bildiriblər. 

32
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

22
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

22
 Amerikalı müğənni Canet Cekson, arxiv şəkli

Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan

605
Azərbaycanlı müğənni Ceksonun repertuarından oxuduğu mahnını sosial şəbəkədə paylaşıb və amerikalı pop ulduzu onun ifasını bəyənərək təşəkkür edib.

BAKI, 4 iyul – Sputnik, Kəmalə Əliyeva. Pop musiqisinin kralı Maykl Ceksonun bacısı, müğənni Canet Cekson azərbaycanlı müğənni Emin Eminzadəyə onun mahnısını yaxşı oxuduğu üçün müsbət rəy verib.

Eminzadə Sputnik Azərbaycan-a bildirib ki, o, Ceksonun repertuarından “Together Again” (Yenidən bir yerdə) mahnısını oxuyub.

Azərbaycanlı müğənni çoxdan Canet Cekson yaradıcılığının pərəstişkarıdır. Lakin bütün dünyada məşhur olan amerikalı həmkarının hitini ilk dəfə oxumaq qərarına gəlib.

Eminzadə Instagram profilində öz çarxını paylaşıb və postunda Ceksonu işarələyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от EMIN EMINZADA (@emineminzada)

Müğənni etiraf edib ki, Ceksonun ifaya reaksiya verməsi onun üçün gözlənilməz olub. O, Eminzadəyə onun kompozisiyasını çox gözəl səsləndirdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl Canet Cekson Eminzadənin ABŞ-da irqçilik təzahürlərinə qarşı etirazını dəstəkləmişdi.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

605