Siqaret, arxiv şəkli

Siqaret çəkməyin: Sonu depressiya şizofreniyadır

13
(Yenilənib 01:42 08.11.2019)
Mütəxəssislərin fikrincə, nikotin şizofreniya və depressiyanın yaranmasına səbəb olan serotonin və dofaminin fəaliyyətini pozur

BAKI, 8 noyabr — Sputnik. Britaniya alimləri apardıqları araşdırma nəticəsində belə qərara gəliblər ki, siqaret çəkmək depressiya və şizofreniya riskini artırır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislər siqaret çəkmə və digər pis vərdişlərə qarşı mübarizədə zehni xəstəliklərin daşıyıcılarına çox vaxt məhəl qoyulmadığını qeyd edirlər.

Bristol Universitetindən Robin Uotton bildirib ki, bu yaxınlarda mütəxəssislər 500 mindən çox vətəndaşın DNT-sini təhlil ediblər və müəyyən olunub ki, tütündən imtina təkcə fiziki deyil, həm də zehni sağlamlığı yaxşılaşdırır. Eyni zamanda, bu effekt bütün kateqoriyalı insanlar, o cümlədən depressiya və şizofreniyadan əziyyət çəkənlər arasında baş verir.

Genetiklər bu mövzuda bütün məlumatları toplayaraq müəyyən ediblər ki, depressiya və şizofreniyadan əziyyət çəkən insanlar digər tədqiqat iştirakçılarına nisbətən daha çox siqaret çəkir.

Mütəxəssislərin fikrincə, nikotin şizofreniya və depressiyanın yaranmasına səbəb olan serotonin və dofaminin fəaliyyətini pozur.

13