Berlin ABŞ və Rusiyanı yanlış addım atmamağa çağırdı

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidBerlin, arxiv şəkli
Berlin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Açıq Səma Sazişi" 32 ölkənin silahsız kəşfiyyat təyyarələrinin bir-birlərinin hava məkanında uçuşlar həyata keçirərək hərbi aktivlik haqqında məlumat toplamağa imkan verir.

BAKI, 7 noyabr — Sputnik. Almaniyanın Nazirlər Kabineti ABŞ və Rusiyanı "Açıq Səma Sazişi"ni qoruyub saxlamağa çağırıb. Sputnik Azərbaycan "Süddeutscher Zeitung" qəzetinə istinadən xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

Bakıda Azərbaycan və Belarus Müdafiə nazirlərinin görüşü keçirilib - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Belarus müdafiə nazirləri saziş imzaladılar

Qeyd edək ki, "Açıq Səma Sazişi" (The Treaty on Open Skies) sənədə imza atmış 32 ölkənin silahsız kəşfiyyat təyyarələrinin bir-birlərinin hava məkanında uçuşlar həyata keçirərək hərbi aktivlik haqqında məlumat toplamağa imkan verir.

"Açıq səma haqqında saziş hazırda onsuz da pis vəziyyətdə olan tərksilah prosesində mühüm rol oynayır", - Hayko Maas deyib.

Xatırladaq ki, Amerika mediası bir müddət öncə ABŞ Prezidenti Donald Trampın ölkəsini bu sazişdən çıxarmağa hazırlaşdığı haqqında məlumat yayıb.

"Açıq Səma Sazişi" iştirakçı ölkələr arasında inamın, daha dəqiq desək onlardan birinin digərinə qəflətən hücum etmək niyyətinin olmamasına dair etimadın qurulmasına kömək etməyə yönəlib.

Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Politoloq Azərbaycanın Aİ ilə imzalayacağı sazişi şərh edir

Xatırladaq ki, bir müddət öncə ABŞ ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişdən də çıxıb. Sözügedən saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün ortamənzilli və yaxınmənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın bu qərarına cavab olaraq 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandırıb.

Xəbər lenti
0