Səs layihəsinin Ukrayna versiyasının iştirakçısı, müğənni Vaqif Nağıyev

Hər şey Vətən naminə: Məşhur azərbaycanlı indi başqa sahədə özünü sınayır

1707
(Yenilənib 22:07 06.11.2019)
Doğma vətənə - Azərbaycana sevgisini və sədaqətini sübut etməyə hazır olan bir çox vətənpərvər gənc Ukraynada yeni təşkilat yaradıb.

BAKI, 6 noyabr — Sputnik. Dünyada məşhur olan "Səs" layihəsinin Ukrayna versiyasının iştirakçısı, məşhur müğənni Vaqif Nağıyev öz həmyerliləri ilə birlikdə Ukraynada Azərbaycanlıların Gənclər Təşkilatını yaradıb.

Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın gənc nümayəndələri öz ölkələrini şöhrətləndirməlidirlər və təşkilatın yaradılmasında da əsas məqsəd məhz budur.

Nağıyevin sözlərinə görə, Azərbaycan gənclərinin vahid bir ailədə birləşdirilməsi yolu bir gündə qurulmayacaq, ancaq özü və komandası buna nail olmaq üçün hansı üsullardan və yanaşmadan istifadə etmək lazım gəldiyini bilirlər.

"Mən əminəm ki, Ukraynanın hər bir guşəsində istənilən sahədə peşəkar və Ukrayna üçün faydalı ola biləcək azərbaycanlı qız və oğlanlar var. Doğma vətəninə - Azərbaycana sevgisini və sədaqətini sübut etməyə hazır olan bir çox vətənpərvər tanıyıram. Bura bizim torpaqlarımızdır, biz böyük bir ailəyik və inanıram ki, hər birimizdə yaxınlarımıza qarşı sevgi qığılcımı var. Qoy qəlbimizdə də birlik olsun!", - deyə Nağıyev bildirib.

Vaqif Nağıyev Bakıda doğulub. İlk dəfə üç yaşında olanda o, Heydər Əliyev Sarayının səhnəsində bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 2008-ci ildən etibarən prezident təqaüdçüsüdür.

2014-cü ildə Nağıyev Ukraynanın "1+1" kanalında yayımlanan "Ölkənin səsi-4" ("Голос країни") televiziya vokal şousunda iştirak edərək öz istedadını yoxlamaq qərarına gəlib. Müsabiqədən sonra müğənni dünya şöhrətli italiyalı həmkarı İnqridlə "Drops of Hope" ("Ümid yağışı") müəllif mahnısını yazdırıb.

1707

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

6
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

6
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4