Leonid İliç Brejnev, arxiv şəkli

Dünyanın ən nəhəng dövlətinə başçılıq etmiş şəxsin sürücülük vəsiqəsi hərracda

68
(Yenilənib 23:19 06.11.2019)
Hərrac noyabrın 14-də saat 19:00-da Moskvada keçiriləcəkHərrac noyabrın 14-də saat 19:00-da Moskvada keçiriləcək.

BAKI, 6 noyabr — Sputnik. Rusiyada Brejnevin sürücülük vəsiqəsi satılır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, baş katibin vəsiqəsi 1,5 milyon rubl (40305 manat) miqdarında dəyərləndirilib.

Qeyd edək ki, Leonid İliç Brejnevin sürücülük vəsiqəsi "Litfond" hərrac evi tərəfindən hərraca çıxarılıb. 1975-ci ildə baş katibə verilmiş sənəddə onun bütün kateqoriyalara sahib olduğu müəyyən edilib.

Belə ki, Brejnevin motosiklet, minik avtomobili, 3,5 tonluq yük maşını, avtobus və hətta qoşqulu avtomobillər sürmə hüququ olub.

Yaxın zamanlara qədər sənəd Brejnevin bağ evində saxlanılırmış. Ev satıldıqdan sonra baş katibin əşyaları bazara çıxarılıb. Auksion evinin saytında qeyd edilib ki, sürücülük vəsiqəsi əla vəziyyətdədir.

Sürücülük vəsiqəsi ilə yanaşı sürücünün heç bir qayda pozuntusunun olmadığını əks etdirən xəbərdarlıq talonu da olub.

Hərrac noyabrın 14-də saat 19:00-da Moskvada keçiriləcək.

Keçən ilin aprel ayında isə Brejnevin "Çayka" avtomobili satışa çıxarılmışdı.1980-cı il istehsalı olan və 2000 kilometr məsafə qət etmiş avtomobil 30 milyon rubla (806 min manat) satışa qoyulmuşdu.

Reklam müəllifi avtomobili baş katibin Özbəkistan səfəri zamanı istifadə etdiyini iddia edirdi.

68
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

204
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

204
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Bakıda avtobus, arxiv şəkli

BNA Bakıda ekspres avtobuslarının gecikmə səbəbini açıqladı

0
Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb

BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir: "Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

0
Teqlər:
avtobus, BNA, tıxac, Bakı